Dünyaşöhrətli professor Əziz Səncər AMEA-nın elmi müəssisələrində çalışan alimlərlə görüşüb
Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, dünyaşöhrətli alim Əziz Səncər AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan alimlərlə görüşüb.
Fhnews.az xəbər verir ki, AMEA-dan verilən məlumata görə, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında baş tutan tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Əziz Səncərin Türk dünyasının fəxri olduğunu vurğulayıb.
Akademik İsa Həbibbəyli çıxışında ötən il AMEA Rəyasət Heyətinin təşkilatçılığı ilə “Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransın keçirildiyini qeyd edib. AMEA rəhbəri bildirib ki, Azərbaycan alimləri də bu istiqamətdə fəaliyyətdən çəkinməməli, Nobelə doğru addımlamalı, elmimizi dünyaya çıxarmaq üçün çalışmalıdırlar.
İsa Həbibbəyli Əziz Səncərlə Azərbaycan alimlərinin görüşünün onlara Nobel mükafatına aparan yolun çətinliklərini, psixoloji mərhələlərini aşmağa kömək edəcəyini vurğulayıb.
Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü Əziz Səncər isə çıxışında AMEA rəhbərliyinə dəvətə görə minnətdarlığını bildirib, Azərbaycanda hər zaman ona göstərilən diqqətdən məmnun qaldığını söyləyib.
Daha sonra bir sıra müzakirələr aparılıb.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...