Dünyanın ən böyük lalə bağı
Hollandiyada dünyanın ən böyük lalə bağlarından biri olan Keukenhof 75-ci dəfə ziyarətçilərin üzünə açılıb.Demək olar ki, bütün növ lalələrə ev sahibliyi edən Lisse şəhərindəki Keukenhof turistlərlə bərabər hollandlar tərəfindən də ziyarət edilir.Keukenhof lalələrin ömrünün qısa olması səbəbindən yalnız martın 21-dən mayın 12-dək açıqdır, lalələr isə ən gözəl formasını aprelin ortalarında alır.Hər il təxminən 1,4 milyon insan buranı ziyarət edir.
75 illik yubileyini qeyd edən Keukenhof Hollandiya şahzadəsi Margriet Francisca tərəfindən açılıb.Kral ailəsinin böyük dəstək verdiyi bağçanı hollandlardan sonra ən çox almanlar, ingilislər, çinlilər və amerikalılar ziyarət edir. Təxminən 32 hektar ərazisi olan Keukenhofda 40 bağban işləyir.
7 mindən çox ot toxumu əkilən bağda 15 kilometrlik piyada yolu olduğu halda, bütün bağı və sərgiləri ziyarət etmək təxminən bir gün çəkir.
Keukenhof Hollandiyanın bəzək çiçəkləri və turizm sektorlarının əhəmiyyətli bir hissəsinə çevrildiyi halda, hər il yenidən qurulan bağçanın dizayneri dəb tendensiyalarından ilham alaraq iştirakçıların istəklərini həyata keçirir.
Keukenhof həm də Hollandiyadakı lalə soğanı və gül istehsalçılarının məhsullarını sərgilədiyi beynəlxalq platformadır.
1949-cu ildə bir qrup laləçinin birgə sərgi açmaq fikri ilə başlayan və ilk dəfə 1950-ci ildə qurulan Keukenhof ilk ildə 236 min adam tərəfindən ziyarət edilib.
Vətəni Türkiyə olsa da, Hollandiya ilə eyniləşdirilən lalə bu ölkənin iqtisadiyyatında mühüm yer tutur. Hollandiya istehsalçıları hər il 4 milyarddan çox lalə soğanı əkir və onların təxminən yarısını ixrac edirlər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...