Dünyada suyun çirklənməsinin intensiv olduğu regionların xəritəsi yaradılıb
Yeni araşdırma dünyanın hər yerində yerüstü və yeraltı sularda sonsuz kimyəvi maddələrin təhlükəli konsentrasiyası olan bölgələri aşkar edib.”Nature Geoscience” jurnalında dərc olunan məqalədə dünya üzrə 45 min su nümunəsindən əldə edilən məlumatlara əsasən, sonsuzluq kimyəvi maddələri olaraq da bilinən perfluoroalkil və poliftoralkil maddələrinin yüksək olduğu müəyyən edilib.
Məlum olub ki, bu maddələr insanların içmək üçün istifadə etdikləri yerüstü və yeraltı sularda çox olur.
Dünyada suyun çirklənməsinin sıx olduğu bölgələrin xəritəsini çıxaran araşdırmada Avstraliya, ABŞ və Avropa ən aktiv nöqtələr olaraq göstərilib. Araşdırma nəticəsində məlum olub ki, dünyanın hər yerindən götürülmüş yeraltı su nümunələrinin 69 faizi Kanadanın minimum standartlarını, 6 faizi isə Avropa İttifaqı standartlarını keçib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...