Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüş keçirilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fhnews.az xəbər verir ki, görüşdə Azərbaycanın Dünya Bankı ilə uğurla əməkdaşlıq etdiyi, ölkəmizdə Bankın göstərdiyi texniki yardım və maliyyə dəstəyi layihələrinin yüksək qiymətləndirildiyi bildirilib.
Tərəflər əsasən Dünya Bankı Qrupunun Azərbaycan üzrə 2025-2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq Çərçivə Sənədinin hazırlanması və ölkəmizin iqtisadi inkişafı istiqamətində həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparıblar.
Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bərpa olunan enerji və "yaşıl" iqtisadiyyata keçid, eləcə də Azərbaycanın icrasında maraqlı olduğu digər layihələr diqqətə çatdırılıb.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...