22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dünya Bankından Qəzza üçün təcili tədbir çağırışı

20-03-2024

Dünya Bankı Qəzza əhalisinin həyat üçün vacib olan tibbi ləvazimatlar, qida və xidmətlərə çıxışını təmin etmək üçün təcili tədbirlər görməyə çağırıb.Bankın bununla bağlı verdiyi bəyanatda deyilir ki, Qəzza əhalisinin yarıdan çoxu, o cümlədən uşaqlar və qocalar aclıq astanasındadır, Dünya Bankı insanların həyatını xilas etmək üçün təcili tədbirlər görməyə çağırır : "Biz Qəzza əhalisinin tibbi ləvazimatlara, qidaya və həyat üçün vacib xidmətlərə tez və geniş miqyasda dərhal, pulsuz və maneəsiz çıxışı üçün çağırışda beynəlxalq ictimaiyyətə qoşuluruq."

Bəyanatda Dünya Bankının Qəzzaya müdaxiləsinə də toxunulub və bildirilib ki, 2023-cü ilin dekabr ayında Dünya Bankı Qrupu İdarə Heyəti Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Ümumdünya Ərzaq Proqramı (WFP) və Ümumdünya Səhiyyə Təşkilatının  ( ÜST) da olduğyu Qəzzada fəaliyyət göstərən inkişaf tərəfdaşlarına 35 milyon dollarlıq fond öhdəliyini təsdiqləyib.

Paylaş: