22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

24-04-2024

“Piyadalar, diqqətli olun!” şərti adı altında keçirilən hərəkətin təhlükəsizliyi həftəliyi çərçivəsində 3 gün ərzində respublikanın 65 tam orta məktəblərinin şagirdləri, bununla yanaşı respublika əhəmiyyətli avtomobil yollarının kənarındakı 31 müəssisə və təşkilatların rəhbərliyi və əmək kollektivi, eləcə də həmin avtomobil yollarının keçdiyi 44 yaşayış məntəqəsinin əhalisi ilə maarifləndirmə və təbliğat-təşviqat xarakterli görüşlər keçirilib.

Fhnews.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlər zamanı Dövlət Yol Polis əməkdaşları görüş iştirakçılarına yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verib, piyadaların şəxsi məsuliyyət hissinin artırılmasının vacibliyi onların diqqətinə çatdırıb, maraqlandıqları suallar cavablandırıb.

Paylaş: