Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 5 beynəlxalq sertifikata layiq görülüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 5 istiqamət -ISO 9001:2015 (Keyfiyyəti İdarəetmə Sistemi), ISO 10002:2018 (Müştəri məmnunluğunun təmin edilməsi və şikayətlərin idarəedilməsi sistemi), ISO 15224:2017 (Səhiyyədə keyfiyyətin idarəedilməsi sistemi), ISO 37001:2016 (Rüşvət əleyhinə idarəetmə sistemi) və ISO 13485:2016 (Protez avadanlıqlarının idarəedilməsi sistemi)üzrə ISO Təşkilatının (Beynəlxalq Standartlaşdırma Təşkilatı) sertifikatlarına layiq görülüb.
Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Agentlik “Səhiyyədə keyfiyyətin idarəedilməsi sistemi” sertifikatını alan ilk dövlət qurumudur. Həmçinin “Protez avadanlıqlarının idarəedilməsi sistemi” sertifikatı nadirliyi ilə seçilir.
Beynəlxalq ISO standartlarının tətbiqi vətəndaşlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, onların müraciətlərinə operativ reaksiyanın verilməsi, idarəetmədə şəffaflığın təminatı və protez məmulatların istehsalının keyfiyyətinin artırılmasına zəmin yaradır.
Standartlar Agentlikdə İnteqrəedilmiş Menecment Sistemi olaraq tətbiq olunub. Proseslərə hazırlıq və standartların tətbiq edilməsinə bütün işçi heyəti cəlb edilib, 70-dən çox əməkdaşa təlimlər keçilib.
Təlimlərdə iştirak etmiş bir qrup Agentlik əməkdaşına sertifikatlar verilib.
İSO sertifikatlarının təqdim edilməsi tədbirində həmin sertifikatların fəaliyyətin planlaşdırılmasına, tətbiq edilən təcrübənin davamlı olaraq təkmilləşdirilməsinə, dayanıqlı inkişafa, beynəlxalq əməkdaşlıq əmsalının yüksəldilməsinə, habelə səmərəli idarəetmə sisteminin formalaşmasına təkan verəcəyi qeyd edilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...