22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dönər hazırlayarkən nəyə riayət edilməlidir?

23-05-2024
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dönər və dönərxanalarla bağlı maarifləndirmə işini davam etdirir. Bu istiqamətdə videoçarxlar və çap materialları hazırlanır, media orqanlarında məlumatlar yayımlanır.

Fhnews.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, dönər hazırlayarkən riayət edilməli olan məsələlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, dönərxana qida təhlükəsizliyi qeydiyyatından, istifadə olunan ət isə baytarlıq nəzarətindən keçirilməlidir. Belə obyektlərdə çalışan işçi heyətin ilkin və dövri tibbi müayinədən keçməsi təmin edilməlidir. Həmçinin dönərxanalarda sanitar-gigiyenik tələblər gözlənilməli, inqrediyentlər uyğun temperaturda (souslar soyuq rejimdə) saxlanılmalı, dönər əti tam bişirilməli, çiy və ya yarımçiy qalmamalıdır.

Agentlik vətəndaşları ictimai nəzarəti gücləndirməyə, hər hansı uyğunsuzluq və ya xoşagəlməz hallar olduqda, “1003 - Çağrı Mərkəzi”nə bu barədə məlumat verməyə və dövlətə bu sahədə dəstək göstərməyə dəvət edir.

Paylaş: