DOST mərkəzlərində 702 min vətəndaşa xidmət göstərilib
2023-cü il ərzində DOST mərkəzlərində 702 min vətəndaşa xidmət göstərilib.
Fhnews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 97,7 faiz, orta xidmət müddəti isə 7 dəqiqə 5 saniyə təşkil edib.
DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində növbəti addım olaraq 2023-cü il avqustun 7-də Bərdədə Qarabağ Regional DOST mərkəzinin açılışı olub. Beləliklə, DOST mərkəzlərinin sayı 7-yə çatıb.
Həmçinin ötən ilin noyabrında İsmayıllıda əlilliyi olan şəxslər və digər həssas qrupların yaradıcı potensialının inkişafına dəstək məqsədi daşıyan “DOST EVİ”nin açılışı olub.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında 159 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunur.
“Könüllü DOST” proqramına isə ötən il 25,6 mindən çox müraciət olub və proqrama daha 1520 nəfər cəlb edilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...