DOST mərkəzlərində 192 min vətəndaşa xidmət göstərilib
Bu ilin birinci rübündə DOST mərkəzlərində 192 min vətəndaşa xidmət göstərilib.
Fhnews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2019-cu ilin may ayından ölkəmizdə 7 DOST mərkəzi açılıb və həmin mərkəzlərdə 159 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.
Ümumilikdə ötən dövrdə DOST mərkəzlərində 2,2 milyon vətəndaşa xidmət göstərilib. DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,2 faiz təşkil edib.
Yanvar-mart aylarında “142” Çağrı mərkəzi tərəfindən isə 403 min vətəndaş müraciəti cavablandırılıb.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...