Doktorantura və dissertantura səviyyəsində xarici dil fənnindən imtahan verəcək şəxslərin nəzərinə
İyunun 11-15-də doktorantura və dissertantura səviyyəsində xarici dil fənnindən danışıq bloku üzrə imtahan keçiriləcək. Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçirilir.
Fhnews.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. İştirakçılar İmtahana buraxılış vərəqəsini DİM-in saytına daxil olaraq müvafiq linkdən çap edə bilərlər. İmtahana gələnlər şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iştirakçı imtahana buraxılmayacaq.
Danışıq bloku üzrə kompüter proqramının “demo” versiyası DİM-in saytında yerləşdirilib.
İştirakçılara danışıq bloku üzrə ümumi məlumat və imtahan qaydaları ilə yaxından tanış olmaq tövsiyə edilir.
Türkiyədə fəaliyyət göstərən...
Məktəbəhazırlıq qruplarının və 1-ci...
“Çin indiki zamanda” layihəsi...
Eksternat imtahanları üçün sənəd...
Pakistan nümayəndə heyəti BDU-da olub...