DİN: Xəzər dənizi sahilində iki iaşə obyekti çirkab sularını küçəyə və dənizə axıdıb
Lənkəran rayonu ərazisində keçirilən tədbir zamanı Xəzər dənizi sahilində iki iaşə obyektində çirkab suların küçəyə və dənizə axıdılması aşkar olunub.
Fhnews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, su obyektlərinin çirklənməsinə, texniki və tullantı sularının kənara təyinatsız axıdılmasına görə həmin iaşə obyektlərinin sahibləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bundan başqa. rayon ərazisində yerləşən bir taxta emalı sexində isə mənbəyi məlum olmayan fıstıq ağacına məxsus içlik materialları da aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...