24 noyabr 2024, bazar Bakı, 12°C
IMG-LOGO

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yük avtomobillərinin sürücülərinə müraciət edib

06-04-2024

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yük avtomobillərinin sürücülərinə müraciət edib.

Fhnews.az xəbər verir ki, müraciətdə deyilir: “Bəzi hallarda yük avtomobillərinin normadan artıq yüklənməsi, sürücülərin sürət həddinə və manevr etmə qaydalarına əməl etməməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Qəza olduğu zaman daşınan yüklərin yolun hərəkət hissəsinə dağılması isə sıxlığın yaranmasına və yolda məhdudiyyətlərin tətbiq edilməsinə gətirib çıxarır. Bu gün Heydər Əliyev prospekti, metronun “Koroğlu” stansiyasının qarşısında bitum daşıyan yük avtomobilinin aşması ilə nəticələnən hadisəni qeyd olunanlara aid etmək olar. Bu cür hadisələrin yaşanmaması üçün bir daha yük maşınlarının sürücülərini yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq”, - deyə müraciətdə qeyd olunur.

Paylaş: