DİM: Qabiliyyət imtahanı verəcək bakalavrlar buraxılış vərəqəsini çap edə bilərlər
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68, 69 və 70 saylı proqramlarına aid xüsusi qabiliyyət imtahanlarına qeydiyyat başa çatıb.
Fhnews.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, həmin proqramlara aid ixtisaslaşmaları seçən bakalavrlar bu gündən DİM-in internet saytına daxil olaraq “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. “Bakalavrın imtahana buraxılış vərəqəsi”ndə imtahan binasının ünvanı və imtahana gəlmə vaxtı qeyd olunub.
Qeyd edək ki, qabiliyyət imtahanlarının 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) və 70 (Təsviri sənət istiqaməti) saylı proqram üzrə iyunun 1-i, 68 (Musiqi sənəti istiqaməti) saylı proqram üzrə isə iyunun 9-u tarixlərində keçirilməsi nəzərdə tutulur.
İmtahan qrafiki ilə ətraflı buradan tanış olmaq mümkündür.
BMU tələbələri “AIRO 2025”də I yeri...
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...