Dendrologiya İnstitutu beynəlxalq təşkilatlarla toxum mübadiləsi üzrə əməkdaşlıq edir
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu dünyanın müxtəlif Botanika bağları və institutları ilə toxum mübadiləsi aparır. İtaliyanın Padau Botanika Universitetindən Rhododendron catawbiense grandiflorum, Rhododendron bush, Paulownia tomentos, Corydalis cava (L.) Schweigg. & Körte, Psidium guajava L.,Chelidonium majus L., Psidium humile, Psidium cattleianum toxum növləri əldə edilib.
Fhnews.az xəbər verir ki, İnstitutdan verilən məlumata görə, əldə edilmiş toxumlar institutun flora zənginliyini artırmaq və gənc alimlərin tədqiqatları üçün olduqca vacibdir. Azərbaycanın bitki ehtiyatlarının zənginləşdirilməsi və tədqiqi üçün respublikanın müxtəlif ekoloji şəraitində bitən və xarici ölkələrdən gətirilən nadir, nəsli kəsilməkdə olan bitkilərin bioloji müxtəlifliyinin öyrənilməsi, onların genofondunun saxlanması və mühafizəsi üzrə elmi-tədqiqat işlərinin aparılmasının böyük əhəmiyyəti vardır. Beynəlxalq qurumlarla toxum mübadiləsi və tədqiqatlar təcrübələri artırmağa, həm də elmin yeni nailiyyətlərini institutda tətbiq etməyə imkan verir.
BMU tələbələri “AIRO 2025”də I yeri...
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...