Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Dəyişən iqlim şəraitində əməyin mühafizəsinin təşkili" kampaniyası çərçivəsində növbəti maarifləndirmə tədbirləri Bakı, Gəncə şəhərlərində və Bərdə rayonunda keçirilib.
Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin ərazilərdə fəaliyyət göstərən və işçi sayı çox olan işəgötürənlərin iştirakı ilə keçirilən tədbirlərdə nazirliyin və nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları əməyin mühafizəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan standartlar barədə məlumatlar veriblər.
İqlim dəyişikliyi fonunda əməyin mühafizəsinin təmin edilməsi, əməyin mühafizəsi və gigiyenası ilə bağlı norma və qaydalardan, əmək qanunvericiliyindəki son dəyişikliklərdən bəhs olunub.
Həmçinin iştirakçılar əməyin təhlükəsizliyi sahəsində işəgötürənlərə fəal metodiki dəstək məqsədinə xidmət edən Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti barədə də ətraflı məlumatlandırılıb.
Maarifləndirmə tədbirlərinin keçirilməsində məqsəd işəgötürənlərin qeyd olunan mövzuda məlumatlılığının, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının artırılmasıdır.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...