13 may 2025, çərşənbə axşamı Bakı, 20°C
IMG-LOGO

Danimarkada  birja binasında baş verən yanğın nəzarət altına alınıb

17-04-2024

Danimarkanın paytaxtı Kopenhagendə 17-ci əsrə aid keçmiş birja binası “Borsen”də baş verən yanğının nəzarət altına alındığı bildirilib.Hazırda binada soyutma işləri  aparılır. 

Binada fəaliyyət göstərən Danimarka Ticarət Palatasının rəsmiləri təxminən 400 illik tarixi binanın yenidən tikilməli olduğunu vurğulayıblar.Binanın yenidən qurulmasının isə təxminən 10 il çəkə biləcəyi təxmin edilir.Damda başladığı ehtimal edilən yanğının səbəbi hələ müəyyən edilməyib.

Xatırladaq ki, dünən Kopenhagendəki parlament binasının da daxil olduğu Kristiansborq sarayının yaxınlığındakı tarixi birja binasında yanğın olub.

Yanğın zamanı binanın 17-ci əsrdə tikilmiş təxminən 56 metr hündürlüyündəki qüllə ucu dağılıb.Binanın içərisində olan bəzi tarixi əsərlər və rəsmlər ətrafdakı insanlar, polis və yanğınsöndürənlər tərəfindən xilas edilib.Polis qrupları binanın yerləşdiyi küçəni bağlayaraq ətrafda təhlükəsizlik tədbirləri görüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Paylaş: