Coğrafiyaçılar Xəzər sahillərində çöl-tədqiqat işləri aparıblar
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Nabran, Muxtadır, Beşbarmaq, Şabran ərazisinin dəniz sahilinin dinamikasını öyrənmək məqsədilə Xəzərin Azərbaycana aid şimal hissəsində ezamiyyətdə olublar.
Fhnews.az xəbər verir ki, İnstitutdan verilən məlumata görə, Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri professor Əmir Əliyev başda olmaqla aparıcı elmi işçi Nazim Əhmədov və mütəxəssis Ramin Atakişiyev Xəzər dənizinin səviyyə tərəddüdləri ilə əlaqədar sahildə baş verən prosesləri öyrənib, son illərdə səviyyənin kəskin surətdə aşağı düşməsi ilə əlaqədar sahil zonasının geomorfoloji vəziyyətini tədqiq ediblər.
Sözügedən ərazidə tədqiqat zamanı 2011-ci ildə aparılmış müşahidələrdə istifadə edilən reper nöqtələrinin vasitəsilə həmin ildə müəyyən edilmiş rəqəmlərlə hazırkı vəziyyət müqayisəli şəkildə təhlil edilib, keçən 13 il ərzində baş verən dəyişikliklər aşkar edilib. Məsələn, müşahidə nöqtəsi kimi təyin edilən ağacdan dənizə qədər olan məsafə 50 metr idisə, indi həmin ölçü 200 metrə qədər artıb. 2011-ci illə müqayisədə dəniz səviyyəsinin 1,5 metr enməsi də müşahidə edilib.
BMU tələbələri “AIRO 2025”də I yeri...
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...