Coğrafiyaçı alimlər Xəzər dənizinin səth temperaturuna dair tədqiqat aparıblar
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları İsmayıl Zeynalov, Rəna Əhmədova, Aybəniz Əhmədova və Almaz Rüstəmova NOAA peyklərindən Xəzər dənizinin səth temperaturuna dair birgə tədqiqat aparıblar.
Fhnews.az xəbər verir ki, İnstitutdan verilən məlumata görə, əməkdaşlar Xəzər dənizinin səth sularının temperaturunu müəyyənləşdirmək üçün mövcud metod və vasitələrdən istifadə edərək, NOAA peykləri və onlara quraşdırılmış AVHRR Pathfinder (yüksək ayırdetmə radiometri) cihazı tərəfindən alınan məlumatlar əsasında elmi tədqiqat işi aparıblar. Tədqiqatçılar atmosfer-dəniz sistemindəki əsas nümunələrin uzun müddət ərzində dəyişikliklərin orta illik dəyərləri ilə müəyyən olunmasını araşdırıblar. Onların bununla bağlı birgə yazdıqları “NOAA peyklərindən Xəzər dənizinin səth temperaturunun analizi” (Analysis of the sea surface temperature (SST) of the Caspian Sea from NOAA satellites) adlı elmi məqalə Türkiyənin Mersin Universitetinin yüksək reytinqli “Advanced Remote Sensing” jurnalında dərc edilib.
BMU tələbələri “AIRO 2025”də I yeri...
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...