22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çinin şimal-qərbində zəlzələ baş verib

04-04-2024

Çinin şimal-qərbində - Tibetdəki sıx əhalisi olan dağlıq ərazinin qonşuluğunda yerləşən Sinxay əyalətində 5,5 maqnitudalı zəlzələ baş verib.

Fhnews.az Çinin Seysmoloji Şəbəkə Mərkəzinin məlumatına istinadla xəbər verir ki, insan tələfatı və dağıntılar barədə heç bir informasiya yoxdur.

Mərkəzin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla 08:39-da qeydə alınıb, onların episentri isə on kilometr dərinlikdə yerləşib.

2023-cü il dekabrın 18-də bu əyalətdə və qonşuluqdakı Qansu vilayətində baş vermiş 6,2 maqnitudalı zəlzələ nəticəsində 151 nəfər həlak olub, infrastruktur obyektlərinə ciddi ziyan dəyib, 200 mindən çox ev dağılıb.

Paylaş: