Çində yeni beynəlxalq dəmiryol marşrutu istifadəyə verilib
Çinin Harbin şəhərini Niderlandın Tilburq şəhəri ilə birləşdirən yeni beynəlxalq dəmiryol marşrutu istifadəyə verilib. Bu, Çin və Avropanı birləşdirən ilk dəmiryol xidmətidir.
Fhnews.az Sinxua agentliyinə xəbər verir ki, “China Railway Harbin Group Co. Ltd” şirkətinin məlumatına görə, 55 konteynerdən ibarət yük qatarı cümə axşamı Harbin beynəlxalq konteyner mərkəzinin stansiyasından Avropaya yola düşüb. Qatar 10 min 257 kilometr yol qət edəcək və 15 günə Tilburqa çatacaq.
“Dəniz daşımaları ilə müqayisədə, yeni yük qatarı xidməti çatdırılma müddətini üçdə ikiyə, məsafəni isə yarıya qədər azaldacaq”, - deyə stansiyanın rəisi Lianq Çuan bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...