Çində kömür mədənində dağıntı altında qalan 7 nəfər ölüb
Çinin Şensi əyalətində kömür mədənində baş vermiş çökmə nəticəsində dağıntı altında qalan 7 nəfərin hamısının cəsədi tapılıb.
Fhnews.az əyalətin səlahiyyətli qurumlarının açıqlamasına istinadla xəbər verir ki, Conyan rayonundakı mədəndən sonuncu meyit martın 15-də səhər saatlarında çıxarılıb. Bununla da axtarış işləri başa çatıb.
Qeyd edək ki, martın 11-də axşam saatlarında “Taoyuan Xinlong” kömür istehsalı korporasiyasına məxsus mədənin anbarında təmir işləri aparılarkən çökmə baş verib. Hadisə nəticəsində anbarın altından keçən su xəttinin partlaması axtarış-xilasetmə işlərinin xeyli vaxt aparmasına səbəb olub.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...