Çin Yerin uzaqdan zondlama peykini orbitə çıxarıb
Çin Yerin məsafədən yüksək görüntü ilə zondlanması üçün “Yaogan-42B” peykini orbitə çıxarıb.
Fhnews.az xəbər verir ki, peyki orbitə aparan “Böyük yürüş-2D” (Long March-2D) raketinin buraxılışı yerli vaxtla səhər saat 7:45-də Siçuan vilayətindəki Siçanq məntəqəsindən həyata keçirilib. “Çin aerokosmik elmlər və texnologiyalar” korporasiyasının məlumatına əsasən, peyk planlaşdırılan orbitə çatıb. “Yaogan” peykləri əks olunan və yayılan şüalanmadan istifadə edərək quruda və dənizdə obyektlərin, cisimlərin fiziki xüsusiyyətlərini aşkarlamaq və izləmək üçün istifadə olunur.
Qeyd edək ki, “Böyük yürüş-2D” ikimərhələli daşıyıcı raketi Şanxay Kosmik Texnologiyalar Akademiyası tərəfindən peykləri orbitə çıxarmaq üçün hazırlanıb. Bu raket təxminən 700 kilometr yüksəklikdə günəşlə sinxron orbitə 1,3 tona qədər faydalı yük çıxarmağa qadirdir.
Bu, “Böyük yürüş-2D” seriyasından cari ildə 17-ci, ümumilikdə isə 517-ci raket buraxılışı olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...