Çin Təhsil Nazirliyi süni intellekt kampaniyasına başlayıb
Çin Təhsil Nazirliyi təhsili təkmilləşdirmək üçün süni intellekt kampaniyasına başlayıb. Kampaniya dörd konkret addıma diqqət yetirir. Bu addımlara ölkənin smart təhsil platformasında ekspertlərin süni intellekt texnologiyalarını müzakirə edəcəyi və öyrədəcəyi "süni intellekt" sahəsinin yaradılması və Çinin süni intellekt yanaşmasına töhfə vermək üçün rəqəmsal təhsil üçün beynəlxalq qarşılıqlı fəaliyyət platformasının yaradılması daxildir.
Qərara alınıb ki, Guanqdonq, Hainan, Xizanq, Cinqhai, Ninqxia və Sincan kimi bir çox bölgədəki orta məktəblərdə bu proqrama başlansın.Kampaniya süni intellekt texnologiyalarının müzakirəsi və öyrədilməsi üçün beynəlxalq qarşılıqlı fəaliyyət platformasının yaradılması kimi addımları əhatə edir. Həmçinin süni intellekt vasitəsilə inteqrasiya olunmuş tədris və öyrənmə təcrübəsini təşviq etmək, rəqəmsal təhsil savadlılığını və bacarıqlarını təkmilləşdirmək və AI tətbiqlərinin elmi etikasını standartlaşdırmaq məqsədi daşıyır. Nazirlik həmçinin bir çox regionlarda ibtidai və orta məktəblərdə milli smart təhsil platformasının tətbiqi üçün pilot proqrama start verəcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...