Çin ordusu Myanma ilə sərhəddə döyüş atışlı təlim keçirəcək
Çin Silahlı Qüvvələri Myanma ilə sərhəddə hərtərəfli döyüş atışlı təlimlər keçirəcək.
Fhnews.az xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Cənub Bölgəsi Döyüş Komandanlığı məlumat yayıb.
Manevrlər aprelin 2-də başlayacaq və bir gün davam edəcək.
Məlumata görə, təlim İntsyan və Lonçuan əyalətlərində beş fərqli yerdə baş tutacaq. Hərbi təlimin keçiriləcəyi zonaya icazəsiz giriş qadağandır.
Bundan əlavə, təyyarələr həmin ərazinin hava məkanına daxil ola bilməyəcək. Hərbi manevrlərlə bağlı çəkilişlərin və onlarla bağlı hər hansı məlumatın KİV-də yayılması da qadağandır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...