22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çanaqqalada 4,6 bal gücündə zəlzələ olub

27-02-2024

AFAD saytında yer alan məlumata görə, zəlzələ yerli vaxtla saat 16.09-da Çanaqqalanın Biga rayonunda qeydə alınıb. Zəlzələ yerin təxminən 7 kilometr dərinliyində baş verib.

Ölkənin Daxili İşlər Naziri Ali Yerlikaya X hesabında verdiyi açıqlamada bildirib ki, AFAD və aidiyyatı qurumlar  Çanaqqala Bigada baş verən 4,6 bal gücündə zəlzələdə sahə araşdırmasına başlayıb.

“Hazırda heç bir neqativ hal yoxdur. Biz hadisələri izləyirik. Zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza ən xoş arzularımı bildirirəm. Allah ölkəmizi, millətimizi bəlalardan qorusun.”-deyə nazir paylaşım edib.

Paylaş: