22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Cənubi Kaliforniyada Ölüm Vadisi

13-05-2024
IMG

ABŞ-nın Cənubi Kaliforniya bölgəsində yerləşən səhra vadisi olan Ölüm Vadisi  Şimali Amerikanın ən alçaq, ən quraq və ən isti yeri olan bölgə kimi tanınır.Bura  təbii gözəlliyi ilə yanaşı ekstremal hava şəraiti ilə də diqqət çəkir. Səhranın bəzi yerlərində ölçüsü bir ton yarıma qədər olan qaya parçaları var. Bu daşlar uzun illərdir, məlum olmayan səbəbdən səhrada iz qoyaraq hərəkət edirlər və maraqlısı odur ki, daşlar müxtəlif istiqamətlərdə hərəkət edərək heç vaxt bir-biri ilə toqquşmur. Ölüm dərəsində baş verən bu müəmmalı hadisənin üzərində uzun illər aparılan araşdırmalar heç bir nəticə verməyib. İlkin variant kimi hər zaman külək söylənsə də, Ölüm dərəsində heç vaxt bu daşları hərəkət etdirə biləcək səviyyədə küləklər qeydə alınmayıb.

Paylaş: