22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Cənubi Georgiya adasında pinqvinlər quş qripinə yoluxub

12-03-2024

Dünyanın ən böyük vəhşi təbiət sığınacaqlarından biri olan Cənubi Georgiya adasında on pinqvində quş qripi virusu aşkarlanıb.

Fhnews.az BBC telekanalına istinadla xəbər verir ki, quş qripi bəzi dəniz quşlarında və məməlilərdə aşkarlansa da, alimlər pinqvinlərdə bu virusa yoluxmanın yeni hal olduğunu bildiriblər.

Qeyd edək ki, onilliklər ərzində mövcud olan quş qripi Cənubi Gerogiya adasında ilk dəfə 2023-cü ilin oktyabrında qəhvəyi skua kimi tanınan iri dəniz quşunda, daha sonra isə kelp qağayılarında aşkarlanıb. Bu ilin yanvar ayında isə bəzi suitilərdə, albatroslarda da virusa yoluxma halları qeydə alınıb. Pinqvinlər quş qripi virusuna yoluxan ən son heyvan qrupudur.

Paylaş: