23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

06-05-2024
IMG

Bu gün cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Fhnews.az xəbər verir ki,  “Azərişıq” ASC-dən verilən məlumata görə, “Cənub” regional enerji təchizatı və satış idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində bir sıra hava xətləri təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.

“Bununla əlaqədar bu gün saat 10:00-dan 15:00 kimi Yardımlıda Bilnə və Astanlı kəndlərində, saat 10:00-dan 12:30-dək Biləsuvar rayonunun bir hissəsində, saat 10:00-dan 12:00 kimi və 12:30-dan 15:00-dək Lənkəran şəhərinin bir hissəsində, Rvo, Şovu, Vel, Siyavar, Şağlaser, Cil, Xarxatan kəndlərində, saat 10:00-dan 13:00-dək Lerikin Siyov, Biləvər, Lərmərud kəndlərində, saat 10:00-dan saat 12:00-dək Cəlilabadın Cəngan, Lallar, Edişə, Soltankənd, Tahirli kəndlərində, saat 12:30-dan saat 15:00-dək Masallı Böyük Xocavar, Banbaşı, Qızılağac, Viləş, Öncəqala, Bədəlan, Hişkədərə kəndlərində enerji verilişində fasilə yaranacaq”, - deyə ASC-nin məlumatında bildirilib.

“Azərişıq” ASC-nin məlumatına əsasən, bütün işlər yekunlaşdıqdan sonra elektrik enerjisinin verilişi tam təmin ediləcək.

Paylaş: