Builki Formula 1 mövsümü daha zəngin olacaq
Formula 1 üzrə dünya çempionatının 2024-cü il mövsümündə 24 mərhələ keçiriləcək. Beləliklə, builki mövsüm 1950-ci ildən bəri ən uzunmüddətli və zəngin olacaq.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, martın 2-də Bəhreyn Qran-Prisi ilə başlayacaq və dekabrın 8-də Əbu-Dabidə başa çatacaq 2024-cü il mövsümü 24 mərhələdən ibarət olacaq. Bu il Çin Qran-Prisi də təqvimə qayıdacaq. Keçən ilin təqvimində 24 yarış nəzərdə tutulduğu halda, pandemiyanın yaratdığı problemlərə görə Çin Qran-Prisi ləğv edildikdən sonra bu rəqəm 23-ə enmişdi.
Formula 1 üzrə dünya çempionatı tarixində ilk dəfə olaraq, əvvəlki mövsümün final mərhələsində yarışan bütün pilot və konstruktor kombinasiyaları növbəti mövsümün başlanğıcı üçün dəyişməz olaraq qalır. Maks Verstappen və Serxio Peres “Red Bull”, Luis Hemilton və Corc Rassel “Mercedes”, Karlos Sayns və Şarl Lekler “Ferrari”, Lando Norris və Oskar Piastri “McLaren” komandaları üçün yarışacaqlar.
Hazırkı çempion – “Red Bull”un holland pilotu Maks Ferstappen ardıcıl üçüncü dəfə Formula 1 üzrə dünya çempionudur. 26 yaşlı yürüşçü ötən mövsüm 22 mərhələdən 19-unda qalib gəlib. Pilotların cədvəlini 575 xalla birinci pillədə başa vuran Verstappen ən yaxın izləyicisi və komanda yoldaşı meksikalı Serxio Peresdən iki dəfə çox xal (285) toplayaraq yeni rekorda imza atıb.
Komanda təsnifatında “Red Bull”a üstün gələ bilməyən “Mercedes” ötən mövsümü 2011-ci il mövsümündən sonra ilk dəfə heç bir mərhələni qazanmadan başa vurub. Karyerası boyu yeddiqat dünya çempionu olan “Mercedes” komandasının britaniyalı pilotu Luis Hemilton son iki mövsümdə hələ də podiuma yüksələ bilməyib.
Bu il Formula 1 üzrə dünya çempionatında Çin, Mayami, Avstriya, ABŞ, Braziliya və Qətər Qran-Prilərində altı sprint yarışı olacaq. 2021-ci il mövsümündə ilk dəfə təşkil edilən sprint yarışlarının sayı keçən il üçdən altıya qaldırılıb.
Builki yarış cədvəli də dəyişdirilib; cümə günü sprint seçmə mərhələsi, ardınca şənbə günü sprint və əsas təsnifat mərhələsi, bazar günü isə əsas yürüş olacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...