Bu ilin üç ayında DSMF-nin gəlirləri 1 milyard 673 milyon manat olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin üç ayında proqnozla müqayisədə 7 faiz və ya 108 milyon manat çox olmaqla 1 milyard 673 milyon manat təşkil edib.
Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 9 faiz və ya 104 milyon manat artaraq 1 milyard 318 milyon manat olub.
Bu ilin ilk rübündə DSMF-nin xərcləri 1 milyard 701 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 207 milyon manat çoxdur.
Psixoterapevt: Peşələrini sevən insanlar...
Azərbaycan və Özbəkistan arasında...
Azərbaycanın sosial sahədə e-xidmətlərlə...
Ötən il qanunsuz miqrasiya fəaliyyətləri...
İTSDA: Allergiyaların diaqnostika və...