Bu ilin ilk Günəş tutulması başlayıb
Aprelin 8-də 2024-cü ilin ilk Günəş tutulması başlayıb.
Fhnews.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından verilən məlumata görə, bu hadisə tam Günəş tutulmasıdır. Tutulma hadisəsi aprelin 8-də Bakı vaxtı ilə saat 19:42-də başlayıb və aprelin 9-u saat 00:52-də sona çatacaq. Tutulma hadisəsi 5 saat 10 dəqiqə 7 saniyə davam edəcək. Tam tutulma prosesi 3 saat 16 dəqiqə 45 saniyə davam edəcək.
Tam tutulmanı Meksikadan, ABŞ və Kanadadan izləmək olacaq. Qismən tutulma isə Şimali Amerikanın, demək olar ki, hər yerindən, Atlantik və Sakit okeandan görünəcək.
Azərbaycan ərazisində Günəş üfüqdən aşağıda olduğu üçün bu hadisə müşahidə edilməyəcək.
BMU tələbələri “AIRO 2025”də I yeri...
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...