Bu ilin birinci yarımilliyində metrodan 5,3 faiz çox sərnişin istifadə edib
Bu ilin birinci yarımilliyində Bakı metrosu ilə 113 milyon 195 min 216 sərnişin daşınıb.
Fhnews.az xəbər verir ki, QSC-dən verilən məlumata görə, onlardan 3 milyon 61 min 696-sı metroya ödənişsiz daxil olan güzəştli sərnişinlərdir. Ümumən birinci yarım il ərzində orta statistik hesabla gün ərzində Bakı metrosuna 621 min 952 sərnişin daxil olub.
Ümumilikdə, 2022-ci ilə nəzərən 12.2 faiz, 2023-cü illə müqayisədə isə 5.3 faiz daha çox sərnişin daşınıb. Lakin 2019-cu ilin ilk yarısı ilə müqayisədə 3 faiz az sərnişin daşınıb.
Son illərin sərnişin rekorduna sahib “Koroğlu” stansiyası 2024-cü ilin birinci yarımilliyində də liderliyi qoruyub saxlayır. Sərnişinlərin 8,7 faizi (9 milyon 827 min 14 sərnişin) bu stansiyadan yeraltı nəqliyyata daxil olub. Sərnişinlərin 8.2 faizi (9 milyon 269 min 269 sərnişin) “28 May” və 7.8 faizi (8
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...