25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Bu il Somalidə 7 milyona yaxın insanın yardıma ehtiyacı olacaq

01-03-2024

Ümumdünya Ərzaq Proqramının məlumatına görə, 2024-cü ildə Somalidə təxminən 6,9 milyon insan humanitar yardıma və müdafiəyə ehtiyac duyacaq.

Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, Somalidə 2023-cü ilin oktyabr ayından bəri daşqınlar, quraqlıq, uzun sürən münaqişələr və qiymətlərin bahalaşması ilə birlikdə kəskin ərzaq çatışmazlığı da insanların vəziyyətini ağırlaşdırıb.

Qurumun son hesabatına görə, 2024-cü ildə Somalidə beş yaşadək 1,7 milyon uşağın kəskin qida çatışmazlığından əziyyət çəkəcəyi gözlənilir. BMT-nin Ərzaq Agentliyi ölkəyə humanitar yardımı genişləndirmək üçün növbəti altı ay ərzində 342,2 milyon dollarlıq maliyyə vəsaiti tələb olunduğunu açıqlayıb.

Oktyabr-dekabr aylarında ölkədə baş verən dağıdıcı daşqınlardan 2,4 milyon insanın zərər çəkdiyi və bir neçə bölgədə məhsul qıtlığı yarandığı bildirilir.

Paylaş: