13 may 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO

Bu il Paralimpiya İdman Kompleksində əlilliyi olan 350-dək şəxsə xidmət göstərilib

07-06-2024
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksində (Sumqayıt) bu ilin ötən dövründə əlilliyi olan 350-dək şəxsə xidmət göstərilib.

Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, kompleksdə həmin kateqoriyadan olan şəxslərin idman bacarıqlarının artırılmasına, müxtəlif idman yarışlarına hazırlaşmalarına, idmanda uğurlar qazanmalarına, idman vasitəsilə cəmiyyətə inteqrasiyasına dəstək işləri aparılır.

Burada əlilliyi olan şəxslər üçün paracüdo, parapauerliftinq, paraüzgüçülük, kamandan oxatma, güllə atıcılığı, tennis, boccia və sair paralimpiya idman növləri üzrə təlim-məşqlər keçirilir.

Müəssisədə təlim-məşq toplanışları, idmançıların idman yarışlarına hazırlaşması üçün zəruri şərait yaradılıb. Məşqlər Azərbaycan Milli Paralimpiya Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edilir.

Hazırda burada əlilliyi olan 200-dən çox şəxs xidmətlərdən faydalanır.

Paylaş: