Bu il Azərbaycanda elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 14 faizə yüksəlib
Cari ilin ilk 5 ayı ərzində Azərbaycanda elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 14 faizə yüksəlib.
Fhnews.az xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücü 1748,6 meqavatdır. Bu da ümumi elektrik enerjisi üzrə qoyuluş gücünün 20,86 faizini təşkil edir.
Qeyd edək ki, Dünya Bərpa Olunan Enerji Günü ilk dəfə 22 iyun 2019-cu il tarixində qeyd edilib. Bu günün keçirilməsində əsas məqsəd maarifləndirmə aparmaqla ənənəvi enerjidən ekoloji təmiz yaşıl enerjiyə keçidi təşviq etməkdir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...