Bu il əmək müqavilələrinin sayı 1,7 faiz artıb
2024-cü ilin ilk rübündə ölkəmizdə əmək müqavilələrinin sayı 30,3 min müqavilə və ya 1,7 faiz artaraq 1 mln. 839 min 109-a çatıb.
Fhnews.az xəbər verir ki, Ənək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. Son 3 ayda əməkhaqqı fondunda daha 2,9 faiz artım qeydə alınıb.
Ümumilikdə 2018-2023-cü illərdə əmək müqavilələrinin sayında 38 faiz, əməkhaqqı fondunda 2,7 dəfə artım baş verib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...