Britaniyada pilotsuz avtomobillərlə bağlı layihəyə start verilib
Böyük Britaniyada pilotsuz avtomobil texnologiyasının təhlükəsiz şəkildə həyata keçirilməsini təmin etmək üçün yeni layihəyə start verilib.
Fhnews.az BBC telekanalına istinadla xəbər verir ki, “Massdrive” (özünüidarəetmə vasitələrinin təminatı metodları sxemi) layihəsi pilotsuz avtomobillərin sertifikatlaşdırılması üsullarını inkişaf etdirməyi hədəfləyir. Təşəbbüs Surrey Universitetinin rəhbərliyi ilə alimlər və ekspertlər tərəfindən irəli sürülüb.
Ötən ilin noyabrında hökumət Böyük Britaniyada “avtomatlaşdırılmış” sürücülük sistemini tətbiqi üçün yeni qanunvericilik planlarını açıqlayıb. Plana əsasən, pilotsuz avtomobilləri təhlükəsizlik testindən keçirmək tələb olunacaq.
“Massdrive” Surrey Universiteti, Qərbi İngiltərə Universiteti və Bristol Universiteti arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir və “Innovate UK” tərəfindən maliyyələşdirilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...