Braziliyanın cənubunda daşqınlar nəticəsində ölənlərin sayı 75-ə çatıb
Braziliyanın cənubundakı Riu Qrandi-du-Sul ştatında güclü daşqınlar nəticəsində azı 75 nəfər ölüb.
Fhnews.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Agentliyinin son hesabatında deyilir.
Bundan əvvəl 66 nəfərin öldüyü bildirilirdi.
Məlumata görə, azı 103 nəfər itkin düşüb, 107 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.
Yağışlar və qasırğadan 780 mindən çox sakin zərər çəkib, 334 bələdiyyə fəlakətdən zərər çəkib ki, bu da Riu Qrandi-du-Suldakı bütün şəhərlərin 66 %-dən çoxuna bərabərdir. Qeyd edilir ki, minlərlə insan helikopterlərlə xilas olunmaq ümidi ilə evlərini qayıqlarla tərk etmək və ya damlara çıxmaq məcburiyyətində qalıb.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...