Braziliyada “denge” qızdırmasına yoluxanların sayı bir milyonu ötüb
Braziliyada ümumilikdə bir milyondan çox insan “denge” qızdırmasına yoluxub.
Fhnews.az xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyinin hesabatına görə, “denge” qızdırması xəstəliyindən 214 təsdiqlənmiş ölüm hadisəsi qeydə alınıb, daha 687 ölüm faktı isə araşdırılır. Hazırda Cənubi Amerika ölkəsində hər 100 min nəfərdən 501-nin bu xəstəliyə yoluxduğu bildirilir.
Səhiyyə naziri Nisia Trindade bu il Braziliyada “denge” qızdırmasına yoluxma hallarının 2023-cü ildəki göstəricidən iki dəfə çox ola biləcəyini deyib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2009-cu ildən bəri bu xəstəliyə yoluxma halları kəskin şəkildə artıb. Dünya əhalisinin yarısının “denge” qızdırmasına yoluxma riskinin olduğunu bildirən ÜST bunun çox ciddi problemə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...