Braziliyada daşqınların fəsadları ağır olub
Braziliyada güclü yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 56-ya, itkin düşənlərin sayı isə 67-yə yüksəlib.Braziliyanın cənubundakı Rio Grande do Sul əyalətində həftəbaşından bəri təsirli olan yağışlar can və mal itkilərinin artmasına səbəb olub.Dövlət Mülki Müdafiə İdarəsi tərəfindən verilən açıqlamada ölənlərin sayının 56-ya, itkin düşənlərin sayının isə 67-yə yüksəldiyi bildirilib.Açıqlamada 74 yaralının xəstəxanalara aparıldığı, axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi bildirilib.
Rio Grande do Sul qubernatoru Eduardo Leite dünən verdiyi mətbuat şərhində hələ də çata bilmədikləri ərazilərin olduğunu bildirib : "Biz son dərəcə müstəsna bir vəziyyətdən keçirik. Bu kritik hadisə deyil, tarixin ən dağıdıcı hadisəsidir.”-deyən Leite faciənin böyüklüyünə görə 180 gün ərzində “fəlakət vəziyyəti” elan etdiklərini və insanların fəlakət bölgəsindən çıxarılması üçün ciddi səy göstərdiklərini bildirib.
Bölgəyə səfər edən prezident Luiz İnaiko Lula da Silva hökumət olaraq əyalətə hərtərəfli dəstək verdiklərini deyib.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...