Braziliyada arxeoloqlar yaşı 2 min il olan qayaüstü rəsmlər aşkarlayıblar
Milli Tarixi və Bədii İrs İnstitutundan (IPHAN) olan braziliyalı arxeoloqlar ölkənin mərkəzindəki Tokantins ştatında yerləşən Xalapao Milli Parkında yaşı 2 min ildən artıq olan çox böyük sayda qayaüstü rəsm aşkar ediblər. Bu barədə Braziliya hökumətinin saytında IPHAN nümayəndələri məlumat yayıblar.
Fhnews.az xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatçılar Xalapaoda 16 müstəmləkə dövründən əvvəlki dövrə aid arxeoloji abidənin olduğunu bildiriblər. “Rəsmlərdə insan ayaq izləri, maral və vəhşi donuz fiqurları və “göy cisimlərinə bənzəyən fiqurlar təsvir olunub”, - deyə arxeoloq Romulo Masedo “IPHAN”ın açıqlamasında bildirib. Masedo 2022-2023-cü illərdə tapıntı ilə nəticələnən araşdırmalara rəhbərlik edib.
“Arxeoloji abidələrin son kəşfləri bu geniş ərazi haqqında biliklərimizdəki boşluğu doldurmağa kömək etməklə yanaşı, bölgədə insan qruplarının mövcudluğunun min illərlə davam etdiyini göstərir”, - deyə Masedo vurğulayıb. Qayaüstü rəsmlərin yer aldığı divar hazırda oxşar yaşda olan bəzi müstəmləkə öncəsi tikililərə qoşularaq bölgənin qeydə alınmış bir çox arxeoloji abidələrindən biridir.
Tədqiqatçılar bu tarixi yerlərin üzləşdiyi təhlükələrdən narahatdırlar. “Eroziya, vandalizm, meşə yanğınları və meşələrin qırılması aşkar edilmiş yerlər üçün əsas təhdidlərdəndir”, - deyə “IPHAN”nın açıqlamasında bildirilir. “Global Forest Watch”ın məlumatına görə, 2002-2022-ci illərdə Tokantins nəmli, balta dəyməmiş meşələrinin 19 faizini itirib.
Qeyd olunub ki, təhdidləri minimuma endirmək üçün “IPHAN” Braziliyanın bu mədəni irsinin qorunması və təbliği, eyni zamanda, bölgədə irsin qorunub saxlanılması üzrə tədbirlərə başlayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...