22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Braziliya və Kolumbiyada ağacların qırılması əhəmiyyətli dərəcədə azalıb

05-04-2024

Yeni bir araşdırmaya görə,Braziliya və Kolumbiyada keçən il tropik meşələrdə qırılan  ağacların sayı 2022-ci ilə nisbətən əhəmiyyətli dərəcədə azalıb.

BBC-nin məlumatına görə, Merilend Universiteti və Dünya Resursları İnstitutunun  tədqiqatçıları tropik meşələrdə keçən ilki ağac itkisi məlumatlarını əvvəlki illə müqayisə ediblər.

Bu kontekstdə araşdırmaçılar, Braziliya və Kolumbiyadakı yeni hökumətlərin ətraf mühitə üstünlük verdiyinə diqqət çəkərək, Braziliya Amazonunda ağac itkisinin 2022-ci ilə nisbətən 36 faiz azaldığına diqqət çəkdilər.

Braziliyada Prezident Lula da Silva keçən il hakimiyyətə gələndə meşələrin qırılması ilə mübarizə aparacağını və 2030-cu ilə qədər buna son qoyacağını vəd etmişdi.Braziliya və Kolumbiyadakı siyasi tendensiyaların ağac kəsilməsinə əhəmiyyətli təsir göstərdiyinə diqqət çəkən tədqiqatçılardan biri Rod Taylorun fikrincə, Braziliyada bu sahədə mövcud vəziyyət ötən dövrlərdə ləğv edilmiş qanunların yenidən qüvvəyə minməsidir. Məsələn, 2022-ci ildə Braziliya dünyanın bütün tropik meşələrində ağacların 43 faizinin məhvinə görə məsuliyyət daşıyıb.

Kolumbiyada tropik meşələrdə ağacların qırılmasının  2022-ci illə müqayisədə təxminən 50 faiz rekord səviyyədə azalması Prezident Qustavo Petro amili ilə izah edilir. 

Braziliya və Kolumbiyada ağac itkisi azalsa da, 2023-cü ildə dünya üzrə tropik bölgələrdə 3,7 milyon hektar ağac məhv edilib. Məsələn, Cənubi Amerika ölkəsi Boliviyada 2023-cü ildə əvvəlki ilə nisbətən ağacların kəsilməsində 27 faiz artım qeydə alınıb.

Boliviyadakı ağac itkilərinin əhəmiyyətli bir hissəsi insanların səbəb olduğu meşə yanğınları səbəbindən baş verir.Xüsusilə kənd təsərrüfatının genişlənməsi səbəbindən Laos və Nikaraquada ağac itkisinin əhəmiyyətli dərəcədə artdığı vurğulanır.

Qeyd edək ki, dünya birliyi Amazon kimi geniş miqyaslı meşələri olan ərazilərdə qlobal temperatur artımını məhdudlaşdırmaq üçün səylərini artırmalıdır.

Paylaş: