22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Böyük Britaniya sularında dəniz şlakının yeni növü aşkarlanıb

01-03-2024

Tədqiqatçılar İngiltərənin cənub-qərbində dəniz şlakının yeni növünü aşkarlayıblar.

Fhnews.az BBC telekanalına istinadla xəbər verir ki, “Pleurobranchaea britannica” adı verilən yeni növün qlobal istiləşmə səbəbindən daha mülayim suların olduğu şimala köç etdiyi məlum olub.

Ətraf Mühit, Qida və Su Təsərrüfatı Elmləri Mərkəzindən bildirilib ki, okean temperaturunun rekord isinməsi dəniz həyatına ciddi təsir edir. Alimlərin fikrincə, yeni növün daxil olduğu qrup iqlim dəyişikliyinə və insan fəaliyyətinin təsirlərinə həssas olduqları uçun dəniz ekosisteminin sağlamlığını anlamağa kömək edə bilər. Ekspertlər iqlim dəyişikliyinin balıq ehtiyatlarına ciddi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edirlər.

Böyük Britaniya və İrlandiya sahillərindəki dənizlərdə şlakların təxminən 100 müxtəlif növü yaşasa da, yeni növ formasına görə digərlərindən fərqlənir.

Qeyd edək ki, dəniz şlakları müxtəlifliyi və gözəlliyi ilə tanınan qabıqsız dəniz molyusklarının bir növüdür. Onlar 5 santimetrədək böyüyür və qida zəncirində xüsusi yeri tutur.

Paylaş: