22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Boliviyanın paytaxtında fövqəladə vəziyyət rejimi elan edilib

11-03-2024

Boliviyanın faktiki paytaxtı sayılan La-Pasda şiddətli yağış və daşqınlar səbəbindən fövqəladə vəziyyət tətbiq olunub.

Fhnews.az Reuters agentliyinə istinadla xəbər verir ki, şəhərdə qırmızı təhlükə səviyyəsi elan edilib. Boliviya prezidenti Luis Arse təbii fəlakətdən zərər görən rayonlara yardım üçün texniki və logistik resursları səfərbər etməyi, fəsadların aradan qaldırılması məqsədilə ağır texnika və 3 minə yaxın hərbçi göndərilməsini tapşırıb.

Şəhərin bir neçə məhəlləsi tamamilə su altında qalıb. Rəsmi məlumatlara görə, həftə sonu yağan şiddətli yağışlar və daşqınlar nəticəsində La-Pasda bir nəfər ölüb.

Qeyd edək ki, yanvar ayından bəri daşqınlar Boliviyada təxminən 50 nəfərin həyatına son qoyub.

Paylaş: