BMW şirkəti “Neue Klasse” adlı elektriklə işləyən yeni krossoverinin prototipini təqdim edib
BMW şirkəti “Neue Klasse” adlı yeni beynəlxalq platformada qurulacaq elektriklə işləyən krossoverinin prototipini təqdim edib.
Fhnews.az xəbər verir ki, bu barədə BMW şirkəti məlumat yayıb.
Bavariya şirkəti martın 21-də bildirib ki, yeni məhsul BMW-nin “X line” modellərinin gələcəyini necə gördüyünü göstərir. “Neue Klasse” elektrik krossoverinin istehsalına 2025-ci ildə başlanılması planlaşdırılır. Yeni avtomobil “Panoramic Vision” sisteminə sahibdir. Belə ki, ön şüşə bütün en üzrə proyeksiyaya malikdir.
Elektrik krossoveri altıncı nəsil BMW eDrive texnologiyası ilə təchiz edilib. Bu texnologiya ilə 10 dəqiqəlik şarj etməklə 300 kilometr məsafə qət etmək mümkün olacaq. Texnologiya, həmçinin enerji ehtiyatını 30 faiz artıracaq. “Neue Klasse X”-in aerodinamik göstəriciləri BMW xəttinin indiki krossoverlərindən 20 faiz daha səmərəlidir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...