BMU-da yaz semestrinin imtahan sessiyası başa çatıb
Bakı Mühəndislik Universitetində (BMU) bakalavriat və magistratura səviyyələrində 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başa çatıb.
Fhnews.az xəbər verir ki, BMU-dan verilən məlumata görə, sessiya ərzində ümumilikdə 1097 imtahan keçirilib.
Sessiya müddətində imtahanların normativ sənədlər əsasında təşkili məqsədilə müvafiq inzibati və texniki fəaliyyət yüksək səviyyədə həyata keçirilib. Eyni zamanda, şəffaflığın təmin edilməsi üçün bütün zəruri tədbirlər gerçəkləşdirilib, Qərargah tərəfindən sessiyanın gedişinə operativ nəzarət olunub.
Apellyasiya Komissiyasına nəticələrdən narazı qalan tələbələrin maneəsiz müraciət etmələri üçün bütün imkanlar yaradılıb. Komissiyaya daxil olan bütün müraciətlər dərhal araşdırılıb və müvafiq qərarlar verilib.
Bütövlükdə yüksək fəallıq şəraitində keçən imtahanlar uğurla yekunlaşıb.
BMU tələbələri “AIRO 2025”də I yeri...
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...