13 may 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO

BMT: Sudan dünyanın ən şiddətli aclığı ilə qarşı-qarşıyadır

08-03-2024

Sudandakı müharibə dünyada ən şiddətli aclığa səbəb ola bilər, təxminən 25 milyon insan ərzaq təhlükəsizliyi yoxluğundan zərər çəkəcək.

Fhnews,az xəbər verir ki, belə xəbərdarlıqla Ümumdünya Ərzaq Proqramı çıxış edib. Ölkədə hər on nəfərdən doqquzu “fövqəladə aclıq dərəcəsi” ilə üzləşir və amansız zorakılıq, vuruşan tərəflərin müdaxiləsi səbəbindən əhəmiyyətli dərəcədə əlçatmaz olan ərazilərdə yaşayır.

BMT-nin məlumatına görə, əhalinin yaşayış yerini dəyişməsi ilə bağlı dünyada ən iri böhrana gətirib çıxaran müharibə “kəskin ərzaq çatışmazlığı da yaradıb, Sudanda 18 milyon, qonşu Cənubi Sudanda və Çadda 1 milyon insan bununla üzləşib.

BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeynin sözlərinə görə, 20 il bundan əvvəl Dərfur dünyada ən böyük aclıqla qarşılaşmışdı və dünya kömək göstərilməsində həmrəy olmuşdu. O deyib: “Hazırda Sudan xalqı unudulub. Milyonlarla insanın həyatı, eləcə də bütün regionda sülh və sabitlik təhlükə altındadır”.

2023-cü ilin aprelində hərbi əməliyyatlar başlayandan bəri minlərlə insan öldürülüb, 8 milyon nəfər yaşayış yerini dəyişməyə məcbur olub.

Ümumdünya Ərzaq Proqramının məlumatına görə, Çaddan Sudanın qərb regionuna – Dərfura yardımın çatdırılması dayandırılandan sonra böhran daha da dərinləşib.

Məlumata görə, Sudan və Cənubi Sudan arasında əsas sərhəd keçidindəki tranzit mərkəzlərində hər beş uşaqdan biri aclıqdan əziyyət çəkir.

Paylaş: