BMT Efiopiyaya 17 milyon dollar humanitar yardım ayırıb
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (HMKO) Efiopiyanın şimalında quraqlığın yaratdığı və getdikcə daha da ağırlaşan aclığın aradan qaldırılmasına kömək məqsədilə 17 milyon dollar ayırıb.
Fhnews.az xəbər verir ki, HMKO-nun məlumatına əsasən, BMT baş katibinin müşaviri Martin Qriffits Efiopiyanın Afar, Amhara və Tiqray bölgələrində quraqlığa səbəb olan “El Nino” hadisəsinin təsiri ilə bağlı dərin narahatlığını ifadə edib. Quraqlığın güclənməsi səbəbindən Efiopiyada 10 milyondan çox insanın iyul-sentyabr aylarında ərzaq yardımına ehtiyac duyacağı gözlənilir. Əvvəlki quraqlıqlar və davam edən hərbi əməliyyatlar ölkədəki humanitar vəziyyəti daha da ağırlaşdırır.
İndiyədək 6,6 milyon efiopiyalıya ərzaq və digər yardımlar çatdırıldığını vurğulayan HMKO bunun üçün daha çox resursa ehtiyac duyulduğunu qeyd edib.
Efiopiya hökuməti ölkə daxilində ehtiyacı olan insanlara humanitar yardımı davam etdirmək və genişləndirmək üçün 3,24 milyard dollar vəsait lazım gəldiyini bildirir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...