24 noyabr 2024, bazar Bakı, 14°C
IMG-LOGO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

10-05-2024
IMG

Bizim BMT olaraq üzərimizə götürdüyümüz öhdəlik COP29-la bağlı Azərbaycana dəstək və əlimizdən gələni əsirgəməməkdir. İstəyirik ki, ölkə daxilində “niyə biz iqlim missiyamızı azaltmalıyıq?” - müzakirələri başlasın.

Fhnews.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva “29 İqlim söhbəti: COP29-a gedən yol” tədbirində çıxışı zamanı deyib.

O qeyd edib ki, iqlim dəyişikliyi ilə bağlı cəlb olunan iştirakçılar kifayət qədər genişdir.

“İqlim istiləşməsi 1,6 dərəcəyə çatıb, bu, çox aktual məsələdir və bu çərçivədə qalmaq üçün bizim öhdəliklərimiz var. Biz emissiyalarımızı 45 faiz azaltmalıyıq. COP29 bir prosesdir. Bu prosesin davamlılığını təmin etməliyik. Növbəti COP30 Braziliyada keçiriləcək. İqlimlə bağlı tədbirlər bir il ərzində baş verə bilməz, öhdəliklər davam etdirilməlidir. COP29 iqlim dəyişikliyi sahəsində bir sıra tədbirlər həyata keçirmək üçün hərəkətə keçməyə imkan yaradacaq. Biz, həmçinin modellər, strategiyalar hazırlayırıq", - deyə V.Andreeva bildirib.

Paylaş: